Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasına daha 3712 yoluxma faktı qeydə alınıb, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3712 yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 109 min 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 min 931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38591 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 682 min 234 test aparılıb. Bugünkü test sayı isə 16402-dir.

27 Noyabr 2020 15:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə