Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarkovda yaşayan soydaşlarımız ermənilərin törətdiyi vandalizm aktlarına etirazlarını bildiriblər

Ukraynanın Xarkov vilayətindəki azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz olaraq beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və UNESCO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə Azərbaycan diasporunun Qarabağda sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin göstərdikləri səyləri yüksək qiymətləndirdiyi qeyd olunub. Bununla belə, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması zamanı bütün dünya Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktlarının törədildiyinin, flora və faunanın qəsdən və planlı şəkildə məhv edildiyinin şahidi olub.

Müraciətdə işğalçı Ermənistanın Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini istifadəsi qadağan olunmuş ağ fosforun tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd göstərdiyi diqqətə çatdırılıb.

Törədilənlər ciddi ekoloji cinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönələn barbar addımlarının qarşısını almağa çağırıblar.

27 Noyabr 2020 14:28 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə