Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanadanın Azərbaycan icmasının üzvləri bu ölkənin xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüb

Noyabrın 26-da Kanadanın Azərbaycan icmasının üzvləri ilə bu ölkənin xarici işlər naziri Fransua-Filip Şampeyn və parlamentin üzvü Rob Olifant arasında virtual görüş keçirilib.

Kanada Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil edilmiş görüşdə Vankuver, Edmonton, Kalqari, Ontario, Kvebek daxil olmaqla, bu ölkənin bütün əyalətlərindən olan Azərbaycan fəalları iştirak ediblər.

Görüş zamanı bir çox mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan icmasının üzvləri işğaldan azad olunmuş torpaqlarımızın bərpası, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması, sülh quruculuğu prosesinə Kanadanın töhfəsi, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və son müharibə ilə bağlı məsələləri, habelə xarici işlər naziri Fransua-Filip Şampeynin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 11-də verdiyi qərəzli bəyanatı müzakirə ediblər.

Görüşdən sonra Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn öz “Twitter” hesabında Azərbaycan icmasının üzvləri ilə apardığı müzakirələrdən məmnunluğunu bildirib, regionda davamlı sülhün bərqərar olunmasına ümid etdiyini vurğulayıb.

27 Noyabr 2020 12:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə