Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüqar Əhməd diplomla təltif olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Çimkent - MDB-nin mədəniyyət paytaxtı-2020”  proqramının təsis etdiyi diplomla təltif olunub.  Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Çimkent - MDB-nin mədəniyyət paytaxtı-2020” proqramı çərçivəsində  Qazaxıstanın Çimkənt şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş “Abay sözü” onlayn-oxuları keçirilib. Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə canlı və onlayn olaraq iştirak edib. Azərbaycandan qatılan professor Vüqar Əhmədin onlayn-oxulardakı məruzəsi  maraqla qarşılanıb və o diplomla təltif edilib.

        Qeyd edək ki, Birliyin 2021-ci il Mədəniyyət Paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.

       

Əfsanə BAYRAMQIZI,

 “Xalq qəzeti”

27 Noyabr 2020 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Yanvar 2021 | 00:09
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə