Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ayaz Qocayev: Ermənistan 30 il ərzində Cenevrə və Haaqa konvensiyalarını pozub

1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı azərbaycanlılara qarşı aparılmış etnik təmizləmədən sonra 30 il ərzində digər ölkələrdən gətirilmiş ermənilərin məskunlaşdırıldığı Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda erməni silahlı qüvvələri Azərbaycanın zəngin mədəni irs abidələrinə ciddi ziyan vurub, onları qarət edib, nadir dini və mədəniyyət abidələri dağıdılıb və yerlə-yeksan edilib.

1993-cü ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda, 44 günlük hərbi əməliyyatlar zamanı Ermənistanın yaşayış məhəllələrini hədəfə alması nəticəsində 90-dan çox azərbaycanlı mülki şəxs həlak olub və azı 500 nəfər yaralanıb. Bu qurbanlar döyüş bölgələrindən uzaqda yerləşən rayonlarda olub. Gəncə, Mingəçevir şəhərlərində, habelə Xızı, Abşeron, Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Beyləqan, Tərtər rayonlarının erməni silahlı qüvvələri tərəfindən niyyətli şəkildə bombardman edilməsi nəticəsində uşaq, qadın və qocalar həlak olub. Bu raket hücumları Ermənistan hökumətinin razılığı ilə ballistik raketlərlə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev Anadolu agentliyinə müsahibəsində deyib.

Bildirib ki, Cenevrə Konvensiyasına (1949) əsasən, Ermənistanın mülki əhaliyə hücumları müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətdir. Erməni silahlı qüvvələri mülki infrastrukturu hədəfə alıb, minlərlə fərdi ev, yüzlərlə mənzil dağıdılıb, mülki infrastruktura ciddi ziyan dəyib.

A.Qocayev vurğulayıb ki, Ermənistan qəsdən münaqişə zonasından uzaqda yerləşən, əhalinin sıx yaşadığı, zəngin tarixi və mədəni abidələrinə malik şəhərləri atəşə məruz qoyub. Bu müharibə cinayətlərini törədənlər tapılacaq və məhkəmə qarşısında cavab verəcəklər.

Qarabağda erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmış tarixi və mədəni abidələri sadalayan A.Qocayev tarix boyu erməni daşnaklarının azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti barədə məlumat verib.

27 Noyabr 2020 12:20 -

Köhnə versiyamızdan xəbərləri izlə