Ən son xəbərlər
Ermənistanın baş naziri Nikol Paşinyan bir saat ərzində 2 dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu barədə o, özünün "facebook" səhifəsində məlumat paylaşıb.
“Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış işləri, əsirlərin və ölənlərin meyitlərinin dəyişdirilməsi prosesi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması əsas müzakirə mövzuları olub”-- Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, bu cür müzakirələr vaxtaşırı, bəzən isə gündə bir neçə dəfə aparılır.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə