Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz Çində keçirilən IV Beynəlxalq İpək Yolu Teatrlar Liqasının onlayn forumunda təmsil olunub

Çinin Pekin və Quanqjo şəhərlərində IV Beynəlxalq İpək Yolu Teatrlar Liqasının onlayn forumu keçirilib.

Forum Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Çin Mədəniyyət və İncəsənət Assosiasiyası (CAEG), Beynəlxalq Əməkdaşlıq və Mübadilə Fondu tərəfindən təşkil olunub. İpək Yolu Teatrlar Liqasında təmsil olunan 42 ölkədən 124 teatr forumun işində yaxından iştirak edib.

Azərbaycan tərəfdən ilk dəfə olaraq bu mötəbər təşkilata Dövlət Akademik Opera və Balet Teatrı üzv seçilib. Builki forumda regionun iki tanınmış kollektivi - Abay adına Qazaxıstan Dövlət Akademik Opera Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təntənəli təqdimat mərasimi keçirilib.

Konfransın açılışında Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyinin vitse-naziri Canq Ksu, Çin Mədəniyyət və İncəsənət Assosiasiyasının İdarə heyətinin sədri Li Cinşenq, direktoru Kvin Venuan, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı geniş təqdimatla çıxış ediblər.

Dövlət Opera və Balet Teatrı adından teatrın baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Çinin Kunminq Filarmonik Orkestrinin baş dəvətli dirijoru Əyyub Quliyevin 2 məruzəsi dinlənilib.

Məruzələrdə azərbaycanlı dirijor ölkəmizin musiqi mədəniyyəti, Dövlət Opera Teatrının tarixi keçmişi, teatr səhnəsində həyata keçirilmiş opera və balet tamaşalarının ölkənin ifaçılıq sənətindəki rolundan bəhs edib. Məruzə ilə bərabər forumda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına həsr olunmuş video və audio çarxlar da təqdim olunub.

Forumun sonunda iki görkəmli musiqi xadimi - dünya şöhrətli bəstəkar Tan Dun və görkəmli dirijor Şarl Dyütüa “İpək Yolu” liqasına bədii üzv seçiliblər.

27 Noyabr 2020 10:55 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə