Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niderland qəzetində İçərişəhərlə bağlı məqalə dərc olunub

Niderland Krallığının “The Holland Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundovun “Bakının İçərişəhəri-Azərbaycanın milli irsi” adlı məqaləsi dərc olunub.

Məqalədə 20 il əvvəl İçərişəhər və onun tarixi-memarlıq abidələrinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edildiyi bildirilir. Qeyd edilir ki, açıq hava altında muzey olan İçərişəhərin tarixi 2 min ildən çoxdur.

Vurğulanıb ki, İçərişəhərin qala divarları xalqımızın mübariz ruhundan xəbər verir. İçərişəhərin bir çox filmlər üçün ilham mənbəyi olduğu da diqqətə çatdırılıb.

Məqalədə İçərişəhərin inciləri olan Qız Qalası, Şirvanşahlar Sarayı haqqında da ətraflı məlumat verilib.

Böyük İpək yolu üzərində yerləşən İçərişəhərin ölkəmizin ilk feodal dövləti Şirvanşahların paytaxtı olmasından, burada zərdüştlüyün izlərini əks etdirən abidələrdən və onların sirli tarixinin hələ də araşdırıldığından söz açılıb.

 

27 Noyabr 2020 10:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə