Ən son xəbərlər
Türkiyə ordusunun təqaüddə olan keçmiş zabiti, terrorizm və təhlükəsizlik üzrə mütəxəssis Çoşqun Başbuğ bildirib ki, son zamanlar regionda gərginlik yenidən artır, həmçinin PKK və ona bağlı olan digər terrorçu dəstələr fəallaşır.
O, məsələni şərh edərək bildirib: “Düşünürəm ki, yaxın vaxtlarda sərhədlərdə yeni əməliyyatlar başlayacaq. Demək olar ki, hər gün sərhədlərimizdən içəri sızmaq cəhdləri baş verir. Buranı qan gölünə çevirmək istəyirlər. Əminəm ki, terror bataqlığını qurudacağıq, bu bataqlığı təmizləmək lazımdır”.
Onun sözlərinə görə, ABŞ və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyiblər: “Davamlı olaraq prosesi uzadırlar. Prezidentimiz Suriya ilə bağlı mesajlar göndərdi, amma heç kim bir addım atmadı. Bu baxımdan yaxın günlərdə yeni bir əməliyyatın olacağını düşünürəm. İşi tamam başa çatdırmalıyıq. Düşünürəm ki, İraqda da mərkəzi hökumətlə yeni bir əməliyyat olacaq”.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə