Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksandr Lukaşenko: Rusiya ilə münasibətləri intensivləşdirməyə hazırıq

Belarus Rusiya ilə münasibətləri intensivləşdirməyə hazırdır. Bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovla görüşdə bəyan edib. Məlumatı TASS verib.

Belarus Prezidenti bildirib ki, münasibətlərin inkişafı haqqında danışarkən yalnız “hansısa yenidənqurma” deyil, həm də Minsk və Moskva arasında əlaqələrin “gücləndirilməsi və intensivləşdirilməsi” barədə söz açmalıyıq. Onun fikrincə, Minsk buna hazırdır.

Lukaşenko deyib ki, Belarus və Rusiya arasın­da münasibətlərin inkişaf variantları haqqında çox danışılır: “Bu münasibətlər necə olacaq? Heç bir tərəddüdsüz və dostcasına sizə deməliyəm ki, Rusiya və Belarus, bizim iradəmizdən asılı olmayaraq, hər biri öz evində, öz mənzilində ya­şayır”. Prezident əlavə edib ki, iki ölkə arasında “yalnız xoş qonşuluq münasibətləri” deyil, həm də “çox yaxın qardaşlıq münasibətləri”nin olmasını istəyir.

Belarus liderinin sözlərinə görə, əslində, təzə bir şey deməyib, ancaq ona qulaq asandan sonra “xüsusilə Rusiya Federasiyasın­da bu fikirləri seçmək və təkrarlamaq istəyiblər. Görünür, bu, kiməsə faydalı olub. Ancaq zaman göstərdi ki, Moskva və Minsk bu sıx dostluqdan uzaqlaşa bilməyəcək. Bax, ona görə də indi Rusiya rəhbərliyi bu cür münasibətlərə üstünlük verir və bunu istəyir”.

Aleksandr Lukaşenko onu da qeyd edib ki, Rusiya XİN başçısı ilə görüşləri həmişə “məhsuldar” olub: “Hər halda mənim üçün, eləcə də Bela­rus üçün, bizim, əsasən, xa­rici siyasətimiz üçün faydalı olub. Çünki bu, sizin dediyiniz kimi, mövqelərimizi düzgün müəyyənləşdirməyimizə kömək edir. Biz bundan istifadə edirik”.

Dövlət başçısı bildirib ki, Lavrov beynəlxalq arenada “çox gəzişir” və onun mövqe­yi Minsk üçün “aktualdır”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 Noyabr 2020 01:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:07
Angelo Kaloia həbs edilib
23 Yanvar 2021 | 01:07
Roma imperiyasına aid tapıntı
23 Yanvar 2021 | 01:07
Qalib türk şirkətidir

Köhnə versiyamızdan xəbərləri izlə