Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Bavariya" klubu rekordu təkrarladı

"Goal.com"un yaydığı məlumata görə, Alma­niyanın "Bavariya" klubu Çempionlar Liqasında keçirilən qarşılaşmada "Atletiko"nun rekordunu təkrarlayıb.

Bildirilir ki, Bundesliqa təmsilçisi Çempionlar Liqa­sının qrup mərhələsinin 4-cü turunda "Zalsburq"la matçda avstriyalıları 3:1 hesabı ilə məğlub etməklə, ardıcıl 16-cı qələbəsini qazanaraq buna nail olub .

Bu isə avrokuboklarda ən yaxşı göstərici hesab edilir. Beləliklə, “Bavariya” “Atletiko”nun 2011/12-ci illər mövsümündə Avropa Liqasında və UEFA Super kubokunda qırdığı rekordu təkrarlayıb.

Qeyd edək ki, “Bavariya” dekabrın 1-də 5-ci turda "Atletiko" üzərində qələbə qazanacağı təqdirdə, yeni rekord müəyyənləşdirəcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

27 Noyabr 2020 01:13 - İDMAN
İDMAN
23 Yanvar 2021 | 01:08
Yeni rekord
22 Yanvar 2021 | 02:58
Ronaldudan yeni dünya rekordu
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi

Köhnə versiyamızdan xəbərləri izlə