Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuanşan qida” şirkəti cərimələnib

Çinin Usi şəhərinin məhkəməsi dünyaca məşhur “Starbucks” brendinin saxta qəhvələrini satan şirkəti təxminən 3,2 milyon dollar cərimələyib. Bu barədə “Sinxua” məlumat yayıb.

Bildirilir ki, məhkəmə işi Ciansu vilayətinin İsteh­lakçılar Şurasının şikayəti əsasında başlayıb. Məlum olub ki, “Şuanşan qida” şirkəti “Starbucks” brendi ilə 50-dən çox müəssisəyə saxta qəhvə və digər məhsullar satıb. Bu, ictimai maraqların pozulması faktı kimi qiymətləndirilib. Məhkəmə İstehlakçılar Şurasının “Şuanşan qida” şirkətindən 3,2 milyon dollar dəyərində kompensasiya tələbini haqlı hesab edib.

Şuranın sədr müavini Cu Şan deyib ki, ictimai maraqla­rın qorunması üzrə məhkəmə prosesi istehlakçıların, eləcə də intellektual mülkiyyətin sahibinin qanuni hüquq və mənafelərini müdafiə edəcək.

Ötən ilin dekabrın­da həmin məsələyə dair məhkəmə prosesində 5 nəfərə 5 ilədək həbs cəzası verilmişdi. İctimai maraqların qorunmasına dair cərimə isə həmin iş üzrə əlavə cəzadır.

Qeyd edək ki, bu, Çində dünya brendlərinin məhsullarının saxtalaşdırıl­ması və tanınmış şəxslərin adlarından ilk sui-istifadə halı deyil.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 Noyabr 2020 01:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:07
Angelo Kaloia həbs edilib
23 Yanvar 2021 | 01:07
Roma imperiyasına aid tapıntı
23 Yanvar 2021 | 01:07
Qalib türk şirkətidir

Köhnə versiyamızdan xəbərləri izlə