Ən son xəbərlər
UEFA Çempionlar Liqası turnirində yeni antirekord qeydə alınıb. Belə ki, Fransanın “Olimpik Marsel” komandası qrup mərhələsinin IV turunda “Portu” ilə matçda (0:2) nail olub. Liqa 1 təmsilçisi Portuqaliya klubuna məğlub olmaqla, turnirdə ardıcıl 13-cü dəfə uduzub. Bu isə Çempionlar Liqası üçün yeni antirekord hesab edilir. Bunadək ən pis göstərici isə Belçikanın “Anderlext” klubuna məxsus idi. Belçika təmsilçisi turnirdə ardıcıl 12 qarşılaşmada məğlub olub.
Qeyd edək ki, Marsel klubu “Portu”ya uduzmaqla 1/8 finalda iştirak etmək şansını itirib.
Məlumatı “Eurosport” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə