Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş Türkiyə vətəndaşı Sumqayıtda saxlanılıb

Noyabrın 26-da Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq-mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilmiş Yağmur Erbay Mustafa oğlunun noyabrın 25-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikası­nın vətəndaşı, 1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunduğu müəyyən edilib.

1957-ci il tarixli “Eks­tradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt Şəhər Prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluq tərəfindən Yağ­mur Erbay Mustafa oğlunun Türkiyə Res­publikasına ekstradisiya məsələsinin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilir.

27 Noyabr 2020 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə