Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Noyabrın 25-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. Noyabrın 10-da imzalan­mış üçtərəfli bəyanatın icrası­nın vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunma­sı baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platfor­malarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

27 Noyabr 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə