Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Noyabrın 26-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədəki son vəziyyəti müzakirə edib, o cümlədən, tam atəşkəs və hərbi əməliyyatların dayandırılma­sı ilə əlaqədar imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bu sənəddən irəli g ələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, onun bölgədə sül h və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

27 Noyabr 2020 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə