Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Natali Qule: Senatın qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti yoxdur

Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur.

Bu fikriləri Fransa Senatının üzvü Natali Qule deyib.

Natali Qule bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalı­dır, lakin Ermənistanın tərəfini tutur. Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır.

Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma “respublika”nı tanımayıb.

Natali Qule bildirib ki, qətnamənin qəbul olunma­sının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratı­nın olmasıdır. Qətnamənin lehinə səs verən senatorla­rın çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o, haradadır. BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə eti­nasız olan, onunla maraqlan­mayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olu­nandan sonra sanki “qəflət yuxusundan ayıldılar”.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

26 Noyabr 2020 23:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə