Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Fransaya nota verib

Noyabrın 26-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə noyabrın 25-də Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublika­sının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim olunub.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa diplomatının diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqe­yinin rəsmi Parisin diqqətinə çatdırılacağını bildirib.

26 Noyabr 2020 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə