Ən son xəbərlər
Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 26-da keçirilən iclasında Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatda Azərbaycan Respublikası Hökumətinə çağırış edilib:
Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın.
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün.
Köhnə versiyamızdan xəbərləri izlə