Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı

Şahmat üzrə "Skilling Open" turnirində 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov pley-offda ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gəlib. 4 partiyadan ibarət ilk dueldə 2 qələbə qazanıb, 1 heç-heçə edən 33 yaşlı qrossmeyster sonuncu qarşılaşmaya ehtiyac qalmadan birinci günün qalibi olub.

Rəcəbov noyabrın 26-da Uesli So ilə daha 4 görüş keçirəcək.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

26 Noyabr 2020 14:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə