Ən son xəbərlər
Otuz idən artıq davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatır. Bu müddət ərzində beynəlxalq təşkilatların , o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. Dünyada baş alıb gedən ikili standar, ayrı –seçkilik, islamofobiya, işğalçı siyasətinə görə, Ermənistana hər hansı bir sanksiyanın tətbiq olunmaması təcavüzkarı daha da quduzlaşdırdı. “ Böyük Ermənistan“ dövləti yaratmaq iddiasında olan işğalçı ölkə daha böyük əraziləri işğal etmək iştahası ilə sərhədboyu ərazilərdə təxribarları getdikcə artırdı.
Son iki ildə Ermənistanda hakimiyyəti ələ almış Nikol Paşinyan və onun komandası status-kvonu saxlamaq üçün min bir oyuna əl atdı və münaqişənin danışıqlar vasitəsilə həllinin üstündən birdəfəlik xətt çəkdi. Yenə də beynəlxalq təşkilatlar lal, kar, kor oldular. Xüsusilə, münqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri susqunluğa üstünlük verdilər. Bundan istifadə edən Ermənistan ordusu sentyabrın 27- də ölkəmizə qarşı açıq şəkildə müharibəyə başladı. Ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş kassetli bombalardan istifadə edərək dinc əhalini, Dağlıq Qarabağla əlaqəsi olmayan şəhərlərimizi atəşə tutdu. Nəticədə sırasında uşaq və qadın olmaqla 94 mülki əhali qətlə yetirlidi.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, rəşadətli ordumuz əks-hücunmlarla düşmənə ağır sarsıdıcı zərbələr endirdi. Elə ilk həmlədən Ermənistan ordusu çaşqın vəziyyətə düşüdü. Həmin gündən başlayaraq, bir-birnin ardınca qələbə sədaları eşitdik. Nəhayət, noyabrın 10- da Ermənistan təslim olduğunu rəsmən təsdiqlədi. Həmin gün Azərbaycan və Rusyia Federasiyasının prezidentlərinin, həmçinin Ermənistanın baş nazirnin imzaladıqları birgə bəyanat işğalçı ölkənin kapitulyasisanı, ölkəmizin isə qələbəsini təsdiqlədi.
Ermənistanın məğlubiyyəti ermənipərəst beynəlxalq təşkiatları yandırıb- yaxdı. Bu məğlubiyyətdən daha çox kədərlənənlərdən biri də Fransa Senatı imiş. Halbuki, Fransa ATƏT-in Minsk qrupu həmsdrlərindən biridir və münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürüb. Təəssüf ki, 30 il müddətində bu qurum münaqişənin nizamlanması istiqamətində bir addım da olsun irəliyə getmədi. Bu müddət ərzində Fransa Senatı kimi, işğalçıya açıq dəstək verən də olmadı
Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası “ nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də isə müzakirə edilərək qəbul edilmişdir. Söz yox ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Ancaq bir faktı qeyd etmək istərdim ki, indiyə qədər dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatı, hətta Ermənistanın özü tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası “ nın müstəqilliyinin tanınmadığı halda, ATƏT-in Minsk qrupu həmsədrlərindən birnin Senatının belə canfəşanlığı başa düşülən deyil.
Fransa Senatı beynəlxalq hüquq norma və prinsiplərini ermənipərəst mövqeyinə qurban verdi. Bu səndə imza atan senatorlar yəni, doğurdanmı dərk etmirlərmi ki, bu qətnamə beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması deməkdir? Bu qərar Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə tamailə ziddiyət təşkil edir. Senatın bu təxribatçı qərarı, təbii ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin, ermənipərəst mövqeyinin təzahürüdür.
Fransa Senatı bu addımı atarkən vasitəçi ölkənin bitərəf, obyektiv və ədalətli qərarlar qəbul etməsini sanki unudub. Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Senatın qərarı bunu bir daha təsdiqlədi. Qətnamə əvvəldən axıra qədər böhtan, ölkəmizin uğurlarına, dostluq əlaqələrinin genişləndirilməsinə, xüsusilə Türkiyə -- Azərbaycan münasibətlərinin sarsılmaz olmasına qısqanclıq üzərində qurulub. Məsələn, qətnamənin 9- cu maddəsində deyilir : “Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstəyin 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə qarşı başlanmış təcavüzün səbəbi olduğunu, Türkiyənin Suriyadakı cihadçı qruplaşmaların tərkibində xidmət edən muzdluların hərbi əməliyyatlar meydanına göndərdiyini nəzərə alaraq”.
Dövlətimizi başçısı dünyanın aparııcı kütləvi iformasiya vasitələrinə verdiyi müsahibəsində də bəyan etdi ki, Azərbaycan Ordusunun tərkibində heç bir muzdlu, kənar hərbçi yoxdur. Bunu təsdiq edən fakt varsa, təqdim edin. Heç kim bu “faktı” təqdim edə bilmədi.
Qərarın 11- ci maddəsi daha gülündür: “Avropa Şurasının İrqçiliyə və dözümsüzlüyə qarşı komissiyası (ECRI) və BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin (CERD) məruzələri ermənilərin Azərbaycanda azad yaşamasının qeyri-mümkünlüyü faktını qeyd etməsini nəzərə alaraq”. Bu maddənin müəllifləri nə qdər kar və kordurlarsa, hələ də dərk etmirlər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan atıq azərbaycanlı doğma ata- baba yurdlarından didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyytində yaşayırlar.
14- cü maddə isə “Azərbaycanın Türkiyə hökuməti və xarici muzdluların dəstəyi ilə hərbi təcavüzünü pisləyir, 27 sentyabr 2020-ci il tarixindən Dağlıq Qarabağ bölgəsində aparılan hərbi əməliyyatlar nəticəsində işğal edilmiş ərazilərdən Azərbaycan silahlı qüvvələrinin və onların tərəfdarlarının dərhal çıxarılmasına çağırır” Fransa Senatının tamamilə ermənipərəst və münaqişənin əsl mahiyyətini hələ də dərk etmədiyindən və ya dərk etsə də, Ermənistanın faşizm ideologiyasına meyilliyini dəstəkləməsindən xəbər verir. Çünki bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, “Azərbaycan öz ərazisində vuruşur” dediyi halda, Fransa Senatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin Azərbaycanın özü tərəfindən işğal edildiyini iddia edir.
Bu qətnamə Fransa kimi inkişaf etmiş bir dövlətin adına qara ləkədir, o cümlədən ölkənin siyasəti və parlamentarizmi üçün riyakar bir addımdır. Ümid edirəm ki, Fransa Hökuməti bu ləkəni öz ölkəsinin adından təmizləyəcək və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirəcək.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Köhnə versiyamızdan xəbərləri izlə