Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 60 milyonu keçib

Son vaxtlar dünyada koronavirusun sürətlə yayıldığı müşahidə olunur. Dünənki məlumata görə, dünya üzrə koronavirusa yoluxanların sayı 60 milyon 126 min 709 nəfərə, infeksiya səbəbindən dünyasını dəyişənlərin sayı isə 1 milyon 415 min 226 nəfərə çatıb. Məlumatı TASS verib.

Pandemiyanın statistika­sını aparan “Worldometer” saytının verdiyi məlumata əsasən, noyabrın 24-də daha 543 min 252 yoluxma halı aş­karlanıb, 11 min 713 korona­virus xəstəsi isə vəfat edib.

Məlumatda bildirilir ki, 41 milyon 570 min 652 nəfər xəstəlikdən sağalıb, müalicəsi davam edən 17 milyon 140 min 831 xəstədən 103 min 478 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İnfeksiyaya yoluxma üzrə ön sıralardan birində ABŞ qərarlaşıb. Bu ölkədə COVID- 19-a yoluxanların sayı 12 milyon 956 min nəfəri ötüb. Hindistanda 9 milyon 222 min, Braziliyada 6 milyon 121 min, Fransada 2 milyon 153 min, Rusiyada isə 2 milyon 138 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qur­banlarının təxminən beşdə biri Birləşmiş Ştatların payına düşür - 265 min 943 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 179, Hindistanda 134 min 743, Meksikada 102 min 739, Böyük Britaniyada isə 55 min 838 nəfər həyatını itirib.

Rusiyada ötən gün koro­navirusdan ölənlərin sayı ilk dəfədir ki, 500 nəfəri keçib. Dünən ölkədə 23 675 koro­navirus xəstəsi aşkar edilib. Xəstələrin ümumi sayı isə 2 162 503 nəfərdən artıq­dır. Bir gündə 25 748 nəfər sağalıb, 507 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 660 419 xəstə sağalıb, 37 538 nəfər ölüb. Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 4 685 nəfər artıb.

Noyabrın 24-nə olan məlumata əsasən, Türkiyə xəstələrin sayına görə dünya üzrə 12-ci, ölüm sayına görə isə 11-ci sırada yer tutub. Pandemiya başlayandan indiyədək Türkiyədə korona­virusdan 12 min 672 nəfər həyatını itirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

26 Noyabr 2020 00:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2021 | 03:03
Cüzeppe Konte istefa verib
27 Yanvar 2021 | 02:38
İrihəcmli sərmayə
27 Yanvar 2021 | 02:34
Peyk buraxılışında rekord
27 Yanvar 2021 | 02:24
Xarici sərmayə artıb

Köhnə versiyamızdan xəbərləri izlə