Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ Əfqanıstana maliyyə yardımı ayıracaq

Cenevrədə Əfqanıstandakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilib. Tədbirdə son onillər ərzində əhalisi vətəndaş qarşıdurması və qanlı terrordan əzab çəkən Əfqanıstanda sülh və rifahın əldə olunması yolları geniş müzakirə olunub. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, konfransın gündəmində duran əsas məsələlərdən biri Əfqanıstana maliyyə yardımı­nın ayrılması olub. Avropa İttifaqına (Aİ) üzv dövlətlərin rəsmiləri geniş müzakirələrdən sonra bu məsələdə ümumi razılığıa gələ biliblər.

Avropa Komissiyasının beynəlxalq tərəfdaşlıq üzrə üzvü Yutta Urpilaynen bəyan edib ki, Aİ rəhbərliyi 2021-2025-ci illər ərzində Əfqanıstana 1,5 milyard dollar həcmində maliyyə yardımı göstərməyi qərara alıb. Bu qərar rəsmi Kabil tərəfindən razılıq hissi ilə qarşlanıb.

Xanım Yutta Urpilaynenin fikrincə, Aİ-nin maliyyə yardımı Əfqanıstan iqtisa­diyyatının bərpası və sonrakı mərhələdə davamlı inkişafını sürətləndirəcək. Brüssseldə ümid edirlər ki, qarşıdakı illər ərzində Əfqanıstanın ictimai, siyasi və sosial idarəetmə sistemlərində mütərəqqi proseslər baş verəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel, öz növbəsində Əfqanıstan hökuməti və xalqı ilə həmrəyliyini bəyan edib. Bununla bərabər, təəssüflə xatırladıb ki, rəsmi Kabilin Taliban hərəkatının başçıları ilə sülh danışıqlarına başlamasına baxmayaraq, ölkədə zorakılıqların miqyası azalmaq bilmir.

C.Borel sonra deyib: Əfqan xalqı tərəqqi edən və dinc ölkə qurmaq istəyirsə, Aİ-nin köməyinə güvənə bilər. Lakin bizim bundan sonrakı dəstəyimiz ölkədə demokratiya, insan haqlarının və sosial inkişafın qorunma­sı sahəsində atılacaq konkret addımlardan asılıdır.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

26 Noyabr 2020 00:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2021 | 03:03
Cüzeppe Konte istefa verib
27 Yanvar 2021 | 02:38
İrihəcmli sərmayə
27 Yanvar 2021 | 02:34
Peyk buraxılışında rekord
27 Yanvar 2021 | 02:24
Xarici sərmayə artıb

Köhnə versiyamızdan xəbərləri izlə