Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, Brent” markalı neftin qiyməti 1,92 faiz artaraq bir bareli 48,52 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,83 faiz artaraq bir bareli 44,72, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,6 faiz artaraq bir bareli 47,52 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ və Avropa İttifaqında iqtisa­diyyatın pozitiv inkişafı, ABŞ-da neft ehtiyatlarının 0,3 milyon barel, neft məhsullarının isə 0,7 milyon barel azalması dünya bazarında “qara qızıl”ın qiymətinin sürətlə artmasına səbəb olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

26 Noyabr 2020 00:44 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə