Ən son xəbərlər
“Frans Press” agentliyinin yaydığı məlumata görə, Co Bayden administrasiyası iqlim dəyişikliyi ilə bağlı yeni beynəlxalq razılaşmalara imza atacaq. Bildirilir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi, Bayden administrasiyasında yenicə yer almış Con Kerri deyib.
O, məsələləri şərh edərək deyib: “Bu böhrana son qoymaq üçün bütün dünya birləşməlidir. Elə ilk gündə Paris sazişinə qayıtmaq niyyətimizdə haqlıyıq. Həmçinin siz də haqlısınız ki, bir Paris müqaviləsi yetərli deyil. Növbəti il Qlazqoda baş tutacaq qlobal görüşdə bütün dünya ölkələri öz ambisiyalarını nümayiş etdirməlidir. Əks halda, biz hamımız uduzacağıq. Məğlub olmaq - variant deyil”.
Qeyd edək ki, Bayden iqlim məsələləri üzrə müşavir vəzifəsinə keçmiş dövlət katibi Con Kerrini təyin edib.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə