Ən son xəbərlər
Almaniyanın “Borussiya” klubu Çempionlar Liqasının IV turunda evdə Belçikanın “Brügge” komandasını 3:0 hesabı ilə məğlub edib. Bu matç “Borussiya”nın hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Bildirilir ki, bununla da 20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub. Norveçli forvard turnirdəki 12 oyunda 16 qol vurub. Qeyd edək ki, Kriştiano Ronaldo 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıblar.
Məlumatı “Eurosport” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə