Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərdən olan özünüməşğulluq proqramının iştirakçıları öz ailə bizneslərini doğma rayona aparacaqlar

30 ilə yaxındır davam edən Kəlbəcər həsrəti bitdi – ölkəmizin bir parçası olan Kəlbəcər rayonu erməni işğalından azad olundu.

Hər birimizin qəlbində Kəlbəcər sevinci hökm sürür, Kəlbəcər sakinlərinin yaşa­dıqları sevinc və fərəh hissi isə sonsuzdur. Kəlbəcərdən olan özünüməşğulluq proqramı iştirakçıları nəinki onların, gələcək nəsillərin də bu şanlı zəfəri, doğma yurd yerlərimizin azad edildiyi bu günləri heç zaman unutma­yacaqlarını, daim qürurla xa­tırlayacaqlarını vurğulayırlar.

Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, doğma rayona qayıtmağa hazırla­şan həmin vətəndaşlar artıq məcburi köçkün olmadıqlarını fərəhlə qeyd edirlər. Onlar dövlətin daha bir qayğısı kimi özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Kəlbəcərə aparacaqlarını bildirirlər.

Təbiətin min bir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli Kəlbəcərdə öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.

26 Noyabr 2020 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə