Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirir.

Bakının Qaradağ rayo­nunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində keçirilən aksiyada “Azercell”in Mobil Göz Klinikasında çalışan həkimlər qəsəbə sakinlərini optometrik müayinədən keçirirlər. Müayinədən sonra görmə qabiliyyəti zəif olanlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi 1500 ədəd yüksək keyfiyyətli optik eynəklər verilir.

“Azercell” şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsilə xüsusi qayğıya eh­tiyacı olanlar üçün mütəmadi şəkildə müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay “Xəzər Qayğı­keşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuş­du. Ümumdünya Görmə Gününə təsadüf edən aksiya nəticəsində “Azercell”in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlam­lıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.

“Azercell”in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvlərinə, kimsəsiz uşaq­lara və ahıllara təmənnasız xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilinin və profilaktikası­nın aparılması məqsədilə yaradılan mobil klinikaların xeyriyyəçiliyindən hər il minlərlə insan yararlanır.

“Azercell” əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüsləri həyata keçirməyi gələcəkdə də davam etmək niyyətindədir.

“Xalq qəzeti”

26 Noyabr 2020 00:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə