Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs havalandırma, isitmə və soyutma sistemlərinin cari təmiri və xüsusi laborator qaz sisteminin quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https:// www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və havalandırma, isitmə və soyutma sistemlərinin cari təmiri və xüsusi laborator qaz sisteminin quraş­dırılması işlərinin satın alınması məqsədilə açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı­dırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN - 1005379691

“Kapital Bank” ASC-nin mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AIIB 38090019440419396102

M/h - AZ37NABZ 01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Res­publikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son iki ildə havalandırma, isitmə, soyutma və xüsusi laborator qaz sisteminin təchizatı və təmiri sahəsində uğurla yerinə yetirlmiş və ya davam edən müqavilələrin sayı 3 və daha çox olmalıdır;

- işləri yerinə yetirəcək səriştəli heyətin olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender prose­duru “Dövlət satınalmaları haqqın­da” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 16 dekabr 2020-ci il saat 15.00 -a və tender təklifi ilə bank təminatını isə 24 dekabr 2020-ci il saat 15.00- a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 dekabr 2020-ci il saat 15.00-da açıla­caqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

26 Noyabr 2020 00:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Yanvar 2021 | 02:59
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə