Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ICAPP-ın Daimi Komitəsinin iclasında Azərbaycanın beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün bərpasından bəhs edilib

Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın açılışında çıxış edən ICAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın ya­ranmasının 20 ilinin tamam olduğunu bildirib.

O qeyd edib ki, 20 il əvvəl 40 siyasi partiyanın iştirakı ilə yaranan təşkilatda bu gün 50-dən çox ölkədən 300-dən artıq siyasi partiya birləşib. “Biz müxtəlif ideologiyaları özündə ehtiva edən iqtidar və müxalifət partiyalarını bu təşkilatda birləşdirməyə nail olmuşuq. Təşkilatımızın amalı regionu­muzda, o cümlədən dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etməkdir”, – deyə ICAPP-ın həmsədri vurğulayıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov qeyd edib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu: “Biz 30 il münaqişənin dinc yolla həlli olunması üçün beynəlxalq hüqu­qun təsirli olacağına inandıq və buna görə də gözlədik. Amma bu baş vermədi. İşğala əsaslanan status-kvonun saxlanması üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlardan sonra Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara baş­ladı. Bunun nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. Hesab edirəm ki, ICAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli şəkildə tətbiq olunması­nın vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər”.

26 Noyabr 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə