Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaq­larınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.

Biz – Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan Zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik.

Hörmətlə,

Azərbaycan universitetlərinin livanlı məzunları adından professor Akram TARHINI

26 Noyabr 2020 00:02 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə