Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan quldur xislət erməniləri 2 əsrlik xəyanət və cinayətlərinin zirvəsindən ayaqları altına saldı

   Professor Şahlar Əsgərov doğma rayonu Kəlbəcərin işğaldan azad olunması münasibətilə təəssüratlarınıbu sözlərlə başladı: “Kəlbəcərin işğaldan azad olunmasının anonsunu Prezident Heydər Əliyev 1996-cı ildə kəlbəcərlilərlə görüşəndə vermişdi: “Şübhəsiz, vaxt gələcək Kəlbəcər ermənilərin işğalından azad ediləcək. Onda bizim həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar”.

O vaxt öz vətənində məcburi köçkün taleyi yaşayan kəlbəcərli şair Sücayət ulu öndərin həmyerlilərində yaratdığı doğma yurda qayıtmaq inamını öz şeirində belə ifadə etmişdi: “Bir gün gələcək ki, gülə-gülə qayıdacaq, ağlaya-ağlaya çıxan Kəlbəcər”. Bəhmən Vətənoğlunun şeirində isə belə bir göynərtili bənd var idi: “Kəpəzdən bir çəngə bulud boylandı, Kəlbəcər yadıma düşdü, darıxdım”. Tanınmış el şairləri arzu etdikləri bu günü görə bilmədilər. Bizim bir çox şairlərimiz, söz adamlarımız da  Kəlbəcərin dərdi ilə yaşayıb, dünyadan nisgillə köçdülər.

    Qələbə sevincinin xoşbəxliyini yaşadığımız bir vaxtda Qarabağı quduz işğalçılardan azad etmiş qalib Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna bütün varlığımızla sonsuz minnətdarlığımızı və ehtiramımızı bildiririk.  Azərbaycanın başdan-başa toy-bayram əhvalı yaşadığı günlərdə böyük Qələbəmizin bütün şahidlərinə, öz yurduna dönmək imkanı qazanmış məcburi köçkünlərə gözaydınlığı verirəm. Allah müqəddəs Vətən savaşında əbədiyyətə qovuşan şəhidlərimizə və Qarabağ dərdi ilə dünyadan köçən soydaşlarımıza rəhmət eləsin.

   Kəlbəcərdə doğulub-böyümüş bir ziyalı olaraq, doğma rayonumun işğaldan tam azad edildiyi gündə sevinc və öyüncümü soydaşlarımla paylaşdığım məqamda mən Qarabağla bağlı bir neçə məqama toxunmaq istəyirəm. Birincisi ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putin bəzi ermənipərəst dairələrin Qarabağ seperaytçılarını dəstəkləmək çağırlarına cavab olaraq qəti şəkildə bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır.

    Bununla Rusiyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə “Valday” görüşündə onun iştirak etdiyi konfransda söylədiyi və o vaxtdan dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır. Nida!” hökmünü təsdiqləmiş oldu. Yeri gəlmişkən deyim ki, ermənipəst Fransa prezidenti Emmanuel Makron da Azərbaycanın sərt təpkisindən sonra “Qarabağ azərbaycan ərazisidir” deməyə məcbur oldu.

       “Bu etiraflara mən ona görə çox sevindim ki, Qarabağa düyünü vuran elə Çar Rusiyası, bu düyünü sonralar bir az da dolaşdıran Fransa olub”--deyən tanınmış ziyalımız açıqlamasının davamında söylədi:

    --Çinlilərin yaxşı bir misalı var: “düyünü vuran özü açmalıdır”. Putin də dedi ki, Qarabağ Azərbaycanındır və deməli düyünü açdı. Düyün ondan ibarət idi ki, 2 əsr qabaq çar Rusiyası Cənubi Qafqazı işğal edəndə Qarabağa, Zəngəzura, Göyçəyə “erməni məsələsi” toxumu əkmişdi. Yersiz gəldi, yerli qaç” məsəli də o zamanlar yaranmışdı. Ermənilərin arxasında ruslar durduğuna görə onlar həyasızlaşırdılar və deyirdilər ki, “qoy özümə yer edim, görərsiniz başınıza nə oyun açacam”.

      O zaman azərbaycanlılar bu yerlərdə üstün mövqedə idilər, at belində gəzirdilər, idarəçi idilər. Fəlsəfi dillə desək, azərbaycanlılar Cənubi Qafqazda gedən proseslərin subyekti idilər. Ermənilər isə bu proseslərin passiv tərəfi, obyekti idilər. Onlar dədə-babalarımızın qapısında nökərçilik edirdilər. Bu durum nə çar Rusiyasının, nə də onu əvəzləmiş qanlı Lenin rejiminin xoşuna gəlmişdi. Bolşeviklər  atalarının Azərbaycan torpaqlarına gətirdikləri ermənilərə tarixi torpaqlarımızda vir vespublika, bir muxtar vilayət yaratdılar.

     Ermənilər azərbaycanlılara qarşı 2 əsr bəsləndi. Onlardan torpaq vergisi alınmadı, uşaqlarını əsgər aparıb silahdan istifadəni öyrətdilər, gənclərinə yüksək  təhsil və hər yerdə imkanlı vəzifə verdilər. Bütün bunların  hamısı Azərbaycanın payından kəsilib verilirdi. Ermənilərə bir üstünlük də verilmişdi-- bu yalan danışmaq hüququ idi. Ermənilər bu hüquqla  istədikləri qədər yalan düzüb-qoşdular, saxta tarix yazdılar. Bu yalan və əsassız iddialarla onlar indiki qarabağ münaqişəsinə gəlib çıxdılar və silahlı basqı ilə torpaqlarımızı işğal etdilər.

     Professor Şahlar Əsgərov sonda dedi:

     --2020-cı il sentyabrın 27-dən sonra 2 əsrlik haqsızlıq, vəhşilik və işğalçı təcavüzün yekununda baş verən o oldu ki, Azərbaycan xalqının səbri tükəndi, Qəhrəman ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və mahir sərkərdəliyi ilə quldurxislət erməniləri 2 əsrlik xəyanət və cinayətlərinin zirvəsindən ayaqları altına saldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, ermənilərin havadarları onları Azərbaycanın verdiyi haqlı cəzadan xilas edə bilmədilər. Ermənilər bu 2 əsrdə uydurduqları yalanların və törətdikləri bəşəri ədalətsizliklərin layiqli cəzasını aldı. Bizim 2 əsrdən bəri yol gələn böyük Qələbəmzin mahiyyəti bax budur”.

 

Hazırladı: Tahir AYDINOĞLU,
“Xalq qəzeti” 

 

25 Noyabr 2020 16:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə