Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

II Qarabağ savaşı əvvəlki müharibələrdən nə ilə fərqlənir?

 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbə ilə başa çatan sürətli hücun əməliyyatları ölkəmizdə və xaricdə hərbi ekspert və mütəxəssislərin diqqət mərkəzindədir. Onlar Azərbaycanın apardığı savaşı bir çox cəhətdən gələcəyin müharibəsi kimi dəyərləndirirlər.

    II Qarabağ müharibəsinin müasir müharibələrdən əsas fərqləndirici cəhətləri nədən ibarətdir? Bu müharibəni əlahiddə edən, onu digər analoqlarından ayıran hansı əlahiddə xüsusiyyətlər var? Hərbi ekspert Ədalət Verdiyev bu suallın cavabında bildirdi:

   --Hərb tarixində ilk dəfədir ki, bu qədər müxtəlif təyinatlı hava hücumu vasitələri, o cümlədən pilotsuz uçuş aparatları koordinasiyalı bir şəkildə tətbiq edildi. Bu, Müdafiə Nazirliyinin yaydığı bir sıra görüntülərdən də aydın oldu. Biz gördük ki, eyni vaxtda PUA-nın biri vurur, digəri isə çəkirdi. Yəni kompleks bir tətbiq var idi. Bundan öncə də hərbi əməliyyatlarda PUA-lardan istifadə halları olub. Lakin PUA-lar heç vaxt bu qədər kütləvi və kompleks tətbiq edilməmişdi. Azərbaycanın Vətən müharibəsini digər müasir müharibələrədn fərqləndirən əsas amil budur.

 

    Digər fərqli bir xüsusiyyət ondan ibarətdir ki, hər rayonun alınması üçün, yaxud hər bir strateji əhəmiyyətli məkanın azad edilməsi üçün eyni üsul və metodlardan istifadə edilmirdi. Hər rayonun ərazi və coğrafiyasına, iqliminə uyğun vasitələr seçilirdi. İtkiləri azaltmaqdan ötrü maksimal şəkildə digər vasitələrdən– artilleriya, aviasiya, PUA və s.  vasitələrdən əristifadə olunurdu. Bunlar normativ aktlarda göstərilənlərdən daha çox tətbiq edildi. Insan faktorundan son anda– bütün bu vasitələr tətbiq ediləndən sonra istifadə edilirdi.

 

    Müxtəlif qoşun növlərinin, məsələn artilleriya və xüsusi təyinatlıların istifadəsində fərqli yanaşma ortaya qoyulurdu. Azərbaycan Ordusu rayonların birinin azad edilməsində PUA-sız hərəkət etdi. Çox güman ki, buna hava şəraiti, yağış və s. də  imkan vermirdi. Ordumuz bununla göstərdi ki, o, PUA-sız da qarşıya qoyulan məqsədə çata bilir. Əgər hər hansı bir hədəf qarşıya qoyulubsa, o zaman həmin hədəfə hökmən çatacaqlar. Bütün bunlara görə Azərbaycan Ordusunun Qarabağ savaşı dünyanın böyük hərbi-strareji mərkəzlərində gələcəyin müharibəsi kimi öyrənilir vəfərqli  nəzəri-taktiki xüsusiyyətləri ilə yüksək dəyərləndirilir.

 

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

 

25 Noyabr 2020 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə