Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qalatasaray" şəhidimizin adını əbədiləşdirəcək

"Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray"ımın bayrağını da asarsız" deyən şəhid Fərid Dursunovun istəyini dostlarının yerinə yetirdiyini bilirsiz.

Sportline.az xəbər verir ki, Qaxın Qorahan kəndindən olan şəhidimizin atası Fazil Dursunova Türkiyə nəhənginin prezidenti Mustafa Cengiz şəxsən telefon açıb. Klub başqanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Fəridlə qürur duyduğunu bildirib.

O, şəhidimizin ailəsini yaxın vaxtlarda "Qalatasaray"ın ev oyunlarından birinə dəvət edəcəyini söyləyib və qəhrəman azarkeşin adının klubun muzeyində əbədiləşdiriləcəyini vurğulayıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

25 Noyabr 2020 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə