Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq öz Prezidentinin ətrafında sıx birləşib

Azərbaycanın  döyüş , diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri  xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27- də Ermənistan ordusunun başladığı  müharibə 44 gündən sonras Silahlı Qüvvələrimizin tarixi qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formaıaşdırdığı silahlı qüvvələrini darmadağın etdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.  Ermənistan ordusunun döyüş meydanında davam gətirə bilmədiyini görən işğalçı ölkənin baş naziri  Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı  dünyanın 30- a yaxın aparıcı media nümayəndəsinə  verdiyi müsahibələrində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq. Noyabrın 10-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan üçün  kapitulyasiya aktı idi.

Bu qələbədə  ölkəmizdə ordu quruculuğuna verilən önəm xüsusi qeyd edilməlidir. Son 17 il ərzində dövlət başçımızın bu sahəyə ayırdığı diqqət  Azərbaycan Ordusunu dünyanın ən güclüləri sırasına qoşub. Dünya ictimaiyyəti ordumuzun gücünü hələ 2016- cı ilin Aprel döyüşləri zamanı görmüşdü. Sentyabrın 27- dən başlanan Vətən müharibəsində isə Azərbaycan Ordusu  parlaq qələbəsi ilə öz adını hərb tarixinə əbədi həkk etdirdi.

Bu  qələbənin qazanılmasında diplomatik uğurlarımızın da mühüm rolu oldu. Son 17 ildə Azərbaycan diplomatiyasının  qazandığı uğurlar nəticəsində münaqişənin həlli iilə bağlı mükəmməl hüquqi baza yaradıldı. BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlərlərin Əməkldaşlıq Təşkilatı və digər nüfuzlu beynəıxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Bu da Ermənistanın işğalçı olduğunu  rəsmən təsdiqləyirdi.

Azərbaycan Prezidentinin bütün beynəlxalq tədbirlərdə, ayrı- ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri zamanı Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları  və mövcud vəziyyəti olduğu kimi çatdırması ölkəmizin haqq işinin dəstəklənməsində mühüm rol oynadı.

Dövlət başçımızın sentyabrın 27- dən indiyədək dünyanın aparıcı televizya kanallarına, qəzetlərinə və informasiya agentliklərinə verdiyi müsahibələri beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini  daha da gücləndirdi və erməni yalanlarının ifşa  edilməsində önəmli rol oynadı. Bütün bunlardan sonra Ermənistan baş nazirinin müxtəlif ölkələrə müraciətləri cavabsız qaldı. Artıq dünya birliyinə də bəlli idi ki, Azərbaycan öz ərazisinidə vuruşur.

Nəticədə,  Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xalq onu müqəddəs zəfər  gününə qovuşduran Prezidentinin ətrafında sıx birləşib. Artıq Azərbaycan böyük köç ərəfəsindədir.  27 illik həsrətə son qoyuldu. Qarabağ Azərbaycandır!

Mehman İSMAYILOV,
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

25 Noyabr 2020 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə