Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ azərbaycanlılar şəbəkəsi Amerika ictimaiyyətini ermənilərin ekoloji terrorizmi haqqında məlumatlandırma kampaniyası keçirir

ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini və dövlət strukturlarını ermənilərin ekoloji terrorizmi və işğal edilmiş ərazilərin minalanması haqqında məlumatlandırma kampaniyası keçirir.

AZƏRTAC xəbər verir ki, ABŞ Konqresinə, Prezidentə və yerli KİV-lərə göndərilmiş müraciətdə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs haqqında Birgə Bəyanat imzalanması və bununla Azərbaycanın Dağlıq Qarabağ regionunda 44-günlük müharibəyə son qoyulması bildirilir. Birgə Bəyanata əsasən, erməni qoşunları dekabrın 1-inə qədər Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarılmalıdır. Əvvəlcə erməni qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasının son müddəti noyabrın 15-inə təyin edilmişdi. Sonradan humanitar mülahizələrə əsasən həmin müddət noyabrın 25-inə qədər uzadıldı. Lakin son günlərdə müxtəlif KİV-lərdə dərc edilən dəhşətli kadrlar erməni qoşunları və başqa silahlı dəstələri tərəfindən həyata keçirilən yandırılmış torpaq siyasətini əks etdirir. Ermənilər noyabrın 9-dan başlayaraq bütün evləri yandırıb, elektrik xətlərini söküb, minlərlə ağacı kəsıb, bütün ev heyvanlarını kəsib, onların içalatını tullayaraq virus xəstəliklərinin yayılmasına şərait yaradır, bir sözlə, ekoloji terrorizm törədirlər. Bundan başqa, alınan məlumata görə, erməni hərbi hissələri Kəlbəcər, Ağdam və Laçın rayonlarında öz doğma yerlərinə qayıdan azərbaycanlı köçkünləri məhv etmək üçün həmin rayonlarda yüz minlərlə mina basdırıblar.

Müraciətdə daha sonra deyilir ki, 1992-1993-cü illərdə erməni qoşunları tərəfindən işğal edilmiş Laçın, Kəlbəcər və Ağdam rayonları Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləridir. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı bu rayonları tərk etməyə məcbur olub. Ermənistanın hakimiyyət orqanları diaspordan olan erməniləri bu rayonlarda məskunlaşdırmağa çalışır, bununla da işğalçı dövlət tərəfindən demoqrafik vəziyyətin öz xeyrinə süni surətdə dəyişdirilməsini qadağan edən 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsini pozur.

ABŞ Azərbaycanlılar Şəbəkəsinin müraciətinin sonunda deyilir ki, BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələri bu Azərbaycan ərazilərinin işğalını qətiyyətlə pisləyir, işğalçı erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin həmin qətnamələr qəbul ediləndən sonra 27 il BMT bu istiqamətdə heç bir fəaliyyət göstərmədi, Ermənistan bu sənədlərə etinasız qaldı. Nəhayət, Azərbaycan bu qətnamələrin icrasını təmin etmək üçün əks-hücuma başladı.

25 Noyabr 2020 11:34 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə