Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya saytı Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından yazır

İndoneziyanın “iNews.id” saytı Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından bəhs edən material yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, saytın hazırda Azərbaycanda olan müxbiri Əhməd İslami Camilin müəllifi olduğu “Azərbaycan Ermənistanın tərk etdiyi Kəlbəcər rayonuna daxil olur” adlı yazıda qeyd edilir ki, Kəlbəcər hərbi əməliyyatların dayandırılması barədə imzalanan üçtərəfli sənədə əsasən Azərbaycana qaytarılan üç rayondan ikincisidir.

Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatından sitat gətirilərək deyilir: “Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub”. Qeyd edilir ki, ilkin olaraq bu rayonun Azərbaycana noyabrın 15-də qaytarılması nəzərdə tutulurdu. Lakin müddət Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 10 gün uzadılıb.

Müdafiə Nazirliyini məlumatından gətirilən növbəti sitatda isə deyilir: “Bu istiqamətdə bölmələrimizin hərəkətinin təmin olunması üçün texniki işlər başa çatdırılıb, qoşunların hərəkət edəcəyi mürəkkəb dağ yolu minalardan təmizlənib və istifadə üçün yararlı vəziyyətə gətirilib”.

Bildirilir ki, tərəflər arasında əldə edilən razılaşmaya görə, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə qazandığı böyük uğurlar nəticəsində Ermənistan hərbi əməliyyatların dayandırılması üçün həmin rayonları Azərbaycana qaytaracağı öhdəliyini götürüb.

Ağdamın noyabrın 20-də, Kəlbəcərin 25-də qaytarıldığı, Laçının isə dekabrın 1-də Azərbaycan tərəfinə təhvil veriləcəyi qeyd edilir.

Məqalədə bildirilir ki, 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib.

25 Noyabr 2020 10:20 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə