• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal İT xərcləri artır

Qlobal İT xərcləri artır

2018-ci ildə qlobal informasiya texnologiyaları (İT) xərcləri 4,5 faiz yüksələrək 3,7 trilyon dollar təşkil edəcək. 2019-cu ildə isə bu göstərici 3,2 faiz artaraq, 3,8 trilyon dolları ötəcək. Bu haqda “Gartner” analitik şirkətinin yeni araşdırmasında qeyd edilib. Bildirilir ki, korporativ proqram təminatı İT seqmentində ən sürətlə inkişaf edən sahədir. Cari ildə müəssisələrə proqram təminatının satışından əldə olunan məbləğ 9,9 faiz artaraq, 405 milyard dollara yaxınlaşacaq. 2019-cu ildə isə bu göstəricinin 8,3 faiz artaraq, 439 milyard dollar olacağı proqnozlaşdırılır.

Məlumatı “İxbt.com” yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin