Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalı Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Ağdama səfəri barədə material yayımlayıb

Özbəkistanın “qalampir.uz” portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən, ermənilər tərəfindən yerlə-yeksan olunan Ağdam şəhərinə səfərləri barədə material yayımlayıb.

Sayt bildirir ki, Azərbaycan Prezidenti Ağdama gedərkən dağıdılmış, viran qoyulmuş kəndləri görüb bu sözləri deyib: “Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Biz Ağdam şəhərinə də jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.

Portal yazır ki, Prezident İlham Əliyev XIX əsrdə tikilmiş, işğal olunduqdan sonra vəhşicəsinə dağıdılan tarixi məscidin yaxınlığında Azərbaycan bayrağını qaldırıb, sonra dövlətimizin başçısı və birinci xanım məscidin divarlarını öpüb ibadət evinə ayaqyalın giriblər. Azərbaycan Prezidenti və birinci xanım məsciddə dua ediblər. Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb.

Bildirilir ki, sonra dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış edib.

Prezident İlham Əliyev deyib: “Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

25 Noyabr 2020 09:18 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə