Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Fede­rasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq struk­turlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq ola­raq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılma­sı məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

25 Noyabr 2020 03:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə