Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2020-ci il 6 oktyabr tarixli 181- VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin ar ­tırılması haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2013-cü il 29 avqust ta ­rixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640) 1.1.11.2-ci yarımbəndinin so­nunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.12-ci yarımbənd əlavə edilsin:

“1.1.12. övladlığa götürülən uşağa, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:

1. övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə – 160 manat;

2. övladlığa götürülən sağlamlıq imkan­ları məhdud 18 yaşınadək uşağa görə – 480 manat.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2020-ci il

25 Noyabr 2020 03:43 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə