Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İRNA agentliyi Prezident İlham Əliyevin işğaldan azad edilən Ağdam şəhərinə səfərindən yazıb

İranın İRNA rəsmi xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan Ağdam rayonuna səfəri barədə material dərc edib.

AZƏRTAC-a istinadla yayılan məqalədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam məscidinə getdikləri qeyd edilib. Dövlətimizin baş­çısının “İslam müqəddəslərini təhqir edənlərə bəraət qazandıranların bizə irad tutmağa haqqı yoxdur” fikri sitat kimi gətirilib. Bildirilib ki, Prezident İlham Əliyev işğal­dan azad edilən ərazilərdə məscidlərlə yanaşı, xristian məbədlərinin də bərpa oluna­cağını bəyan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Ağdam şəhəri 1993-cü ildə Ermənistan tərəfindən işğal edilsə də, bu ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

25 Noyabr 2020 03:37 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə