Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Ağdam məscidinin qarşısında çıxışı Misir KİV-lərinin diqqət mərkəzində

Misir mətbuatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 23-də işğaldan azad edilmiş Ağdam məscidinin qarşısında çıxışının əsas məqamlarını yayıb.

“Asiaelyoum” informasi­ya agentliyi, “Aldiplomasy”, “Elghad”, “Garbnews”, “Elwatnalkhabr”, “Əlxəbər-Əlmasrı” və “Əl-Vəsilə” portalları ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə və AZƏRTAC-a istinadən yay­dıqları xəbərlərdə Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağ­dam məscidinə bağışladığını qeyd ediblər.

Xəbərlərdə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldı­rırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zama­nı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə, Qərb dövlətlərinin liderləri, hansılar ki, isla­mofob hissləri alovlandı­rırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta on­ları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danış­mağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.

Həmçinin qeyd olunub ki, Azərbaycanın dövlət başçısı bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, onun göstərişi ilə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsinin, habelə müharibə dövründə udi etnik azlığına məxsus kilsənin Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verildiyini vurğulayıb. Prezident İlham Əliyev əlavə edib ki, bunun əksinə olaraq, ermənilər Ağdam və işğal olunmuş digər ərazilərdəki məscidlərdə inək, donuz saxlayıblar.

Oqtay BAYRAMOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

25 Noyabr 2020 03:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə