Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 456 Bakı şəhəri, 23 noyabr 2020-ci il

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 947; 2019, № 4, maddə 756, № 5, maddə 965, № 12, maddə 2060; 2020, № 4, maddə 499, № 5, maddə 653) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının norma­tiv hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:

2.1. 4.4-cü bənddə “37 000 000 (otuz yeddi milyon)” sözləri “62 000 000 (altmış iki milyon)” sözləri ilə, “18 (on səkkiz) manat 50 (əlli) qəpik” sözləri “31 (otuz bir) manat” sözləri ilə əvəz edilsin.

2.2. “Qeyd” hissəsi ləğv edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “Qeyd” hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə