Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maska taxmaq, məsafə gözləmək və gigiyenaya əməl etmək zəruridir

Yeni növ koronavirus (COVID–19) infeksiyası ilə bağlı iki cür psi­xologiyaya mənsub insanlar var. Bir qrup insanlar ona, ümumiyyətlə, inanmırlar, ikinci qrup isə virus infeksiyasına yoluxmaqdan çox ehtiyat edir. Hətta panik atak keçirənlər də var.

Bu məqamda karantin dövrünün insanların psixologiyasına təsir etdiyini də xatırlatmalıyıq. Belə ki, qapanmalar, uzun müddət evdən bayıra çıxmamaq, işə getməmək və ya onlayn qay­dada işləmək insanların həm fiziki aktivliyinin azalmasına, həm də stresdən yaranan qidalan­ma pozğunluğuna səbəb olur. Həmin müddətdə müəyyən əhali qrupu arasında artıq çəki alanlar, az qisim əhali arasında isə çəki itirənlər olur. Bu, qidalanmanın düzgün olmaması nəticəsində yaranan problemlərdir. Əlbəttə, belə həyat tərzinə alışanlar üçün normal həyata qayıtmaq heç də asan olmur. Lakin onlar mütəxəssislərin, o cümlədən psixoloq və psixiatrların yardımı ilə normal həyata qayıtmaq imkanı əldə edə bilərlər.

Risk qrupuna daxil olanlar barədə isə onu qeyd edə bilərəm ki, belə bir qrup müəyyənləşdirilərkən, bəzi amillər nəzərdə tutulur. Məsələ burasındadır ki, yaşı 65-dən yuxarı olanlarda həm xroniki xəstəliklər, həm də immun sisteminin aşağı düşməsi, orqanizmdə maddələr mübadiləsinin zəifləməsi kimi halların olması COVID–19-la mübarizəni xeyli dərəcədə çətinləşdirir. Ona görə də həmin yaşdan yuxarı olanlar həssas qrupa daxil edilir. Lakin təkcə onlar deyil, xroniki xəstəlikləri olanlar, immun sistemindən əziyyət çəkənlər, 3 yaşına qədər uşaqlar da risk qrupuna daxil edilirlər.

COVID–19, qrip və SARS oxşar xəstəliklərdir, onların əlamətləri çox oxşardır. Lakin qrip xəstəliyinin ştamları dəyişir. Hətta bir mövsümdə olan qrip növbəti mövsümdə başqa ştamlarla mövcud olur. Əlbəttə, onlar fərqli xəstəliklər olsa da, oxşar əlamətlərə malikdir. Elə buna görə də bəzən qriplə COVID–19-u səhv salırlar və çox zaman narahatlıq hiss edərkən onu mövsümlə əlaqədar qrip hesab edərək həkimə yaxınlaşmağa tələsmirlər.

Havaların kəskin dəyişməsi qrip xəstəliyinin artmasına və geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID–19 infeksiyasının olduğunu da nəzərdən qacırmaq olmaz. Gecikmələr, həkimə müraciət zamanı ləngimə və yubanmalar çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində baş verir.

Koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün evdə qalaraq, onun qrip olduğunu və ötüb keçəcəyini gözlədiklərindən infeksiya daha da dərinləşir. Hətta qriplə COVID–19-a eyni vaxtda yoluxma da baş verə bilər. Təbii ki, oxşarlıq­lar çoxdur, hər iki halda qızdırma baş verir, boğazda ağrı və qıcıqlanma, öskürək müşahidə olunur. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID–19-a yoluxma zamanı iybilmə və dadbilmə hissi itir. Daha ağır hallarda isə təngənəfəslik və tənəffüsdə çətinliklər yaranır. Ona görə də bunun baş verməməsi üçün ilk simptomları hiss edən kimi, mütləq, yubanma­dan sahə həkiminə və ya tibb müəssisəsinə müraciət etmək lazımdır.

Dəfələrlə deyilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus infeksiya­sına yoluxma zamanı onu gizlətmək istəyənlər olur. COVID–19 infeksiyası hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür və heç kəs də bundan sığortalan­mayıb. Üstəlik, ona yoluxmaq heç də istəyimizlə bağlı deyil və yoluxduğuna görə cəmiyyət heç kəsi qınamır. Ona görə də burda çəkiniləsi və gızlətməyə ehtiyac olan bir şey yoxdur. Təcrübə göstərir ki, gigiyenik qaydalara düzgün riayət etmək və üç sadə qaydanı gözləməklə yolux­maqdan qorunmaq olar.

Koronavirusu sağaldan və onun müalicəsində istifadə edilən konkret bir müalicə üsulu yoxdur. Yeganə bir yol immun sistemi­nin güclənməsinə nail olmaq və orqanizmi möhkəmləndirmək, ən başlıcası isə üç qızıl qaydaya –maska taxmaq, məsafə gözləmək və gigiyenaya əməl etməkdən ibarətdir.

Günay QULUZADƏ,
Səhiyyə Nazirliyinin işçi qrupunun üzvü

25 Noyabr 2020 03:30 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə