Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dərdimi çəkirəm” sərhədləri aşır…

Görkəmli kino rejissoru, ssenarist, Xalq artisti Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

AZƏRTAC xəbər verir ki, filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar. Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nü­fuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

“Resistance” Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur. Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb.

Festivalın birinci mərhələsi sentyab­rın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir. Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Ru­siya, İndoneziya, Azərbaycan, Gürcüs­tan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir.

“Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət!” kampani­yasına dəstək olaraq çəkilib.

25 Noyabr 2020 03:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…
19 Yanvar 2021 | 01:01
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə