Ən son xəbərlər
Tender 3 lot üzrə keçirilir.
Lot-1. Maşın və avadanlıqların əsaslı təmirinin satın alınması.
Lot-2. Tikili və avadanlıqların əsaslı təmirinin satın alınması.
Lot-3. Tikili və avadanlıqların cari təmirinin satın alınması.
Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2020-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs – Xanlar Hüseynov, telefon – 012 441 26 03, daxili 210 595 38 28.
Ünvan – Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəslə təqdim edə bilərlər.
İştirak haqqı lot–1, lot -2 və lot -3 hər biri 400 manatdır
ADI- MNDXA-nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN – 1401555071
KOD – 210005
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h – AZ54CTRE00000000000002128202
Kitab – 002736, fond – 7, büdcə təsnifatının kodu –142330
VÖEN – 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat;.
-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydada təsdiq edilmiş surətləri;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovu olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
-iddiaçının bank rekvizitləri, tam adı, hüquqi statusu (sahibkarlıq subyekti).
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 dekabr 2020-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 23 dekabr 2020-ci il saat 10.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 24 dekabr 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə