Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

C.Bayden komandasının üzvlərini seçməyə başlayıb

Cozef Bayden hökumət üzvlərini seçməyə başlayıb. Dövlət Departamen­tinin rəhbəri vəzifəsinə keçmiş dövlət katibinin müavini Antoni Blinkenin təyin edəcəyi gözlənilir. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Qeyd edək ki, C.Baydenin 44-cü Prezident Barak Oba­ma administrasiyasında vitse-prezident olduğu dönəmdə ölkənin milli təhlükəsizlik sistemində yüksək vəzifələrdə çalışan A.Blinken ilə yaxın əlaqələrə malik olub.

C.Baydenin gözlənilən kabinet seçimləri arasında ABŞ-ın hazırda Birləşmiş Millətlər Təşkilatında səfiri vəzifəsində çalışan təcrübəli diplomat, afroamerikalı Linda Tomas-Qrinfildin adı da var.

Yeri gəlmişkən, C.Bayden ölkənin 46-cı prezidenti kimi, gələn il yanvarın 20- də andiçmə mərasiminə hazırlaşarkən, Birləşmiş Ştatların hazırkı başçısı Donald Tramp bu il noyabrın 3-də baş tutan prezident seçkilərinin nəticələrini qəbul etməkdən hələ də imtina edir. Bazar günü ABŞ lideri özünün “Twitter” səhifəsində “Çox sayda saxta bülleten aşkar edəcəyik ... Respub­likaçılar, kəskin mübarizə aparın”, – deyə yazıb.

Ancaq D.Trampın hüquqi mübarizəsi bu günə qədər heç bir nəticə verməyib. Onun kampaniyasının əsas ştat­larda saxtakarlıq iddiası ilə səslərin sayılması ilə bağlı 34 şikayəti ya təmin edilməyib, və ya geri götürüb.

ABŞ-da nüfuzlu siyasi təhlilçilər C.Baydenin Ağ evdə dörd illik bir müddət üçün qalib gəldiyinə artıq şübhə etmirlər. Belə ki, D.Tramp heç bir ştatda səs sayımı ilə əlavə səs əldə etməyib, C.Baydenin Seçki Kollegiyasındakı qeyri-rəsmi 306-232 səs çoxluğu ilə qələbəsi qüvvədə qalıb.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

25 Noyabr 2020 03:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Yanvar 2021 | 19:13
Ən yaxşı smartfonlar
24 Yanvar 2021 | 19:12
Bill Qeyts peyvənd olunub
24 Yanvar 2021 | 19:12
Terrorçular məhv edilib

Köhnə versiyamızdan xəbərləri izlə