Ən son xəbərlər
“Reuters” agentliyinin yaydığı məlumata görə, Fransanın paytaxtı Parisdə miqrant düşərgələrinin polis tərəfindən zorakılıqla dağıdılması ölkədə ciddi narazılığa səbəb olub.
Bildirilir ki, Fransa hökumətinin sosial etirazlara polis reaksiyası ilə cavab verməsi onsuz da acınacaqlı vəziyyətdə olam miqrantları daha da çıxılmaz vəziyyətə salıb. Mənbə qeyd edir ki, hökumətin bu cür ssenari üzrə davranması ölkənin müsəlman icması tərəfindən kəskin şəkildə qınanılıb.
Polisin miqrantlara qarşı tətbiq etdiyi güc və onlarla kobud davranışına dair yayılan video və şəkillər insanlarda ciddi narazılıq yaradıb. Miqrantlara qarşı insanlığa sığmayan hərəkətlərə yol verilməsi ölkədə polisin davranışı barədə real vəziyyəti əks etdirib. Hətta Daxili İşlər naziri Jerar Darmanin sosial şəbəkədəki səhifəsində miqrant düşərgəsinin dağıdılması zamanı görüntülərin şok effekti yaratdığını bildirərək, polis prefekturasından “ətraflı hesabat” istəyib.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə