Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rüstəm Orucov dünya reytinqində birincidir

“Azerisport.com” saytının məlumatına görə, Çexiyanın Praqa şəhərində keçirilmiş Avropa çempionatından sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb. Azərbaycan cüdoçularından dördü ilk onluğa düşməyi bacarıb.

Bildirilir ki, 73 kiloqram çəki dərəcəsində qitə çempionatının bürünc medalını qazanan həmyerlimiz Rüstəm Orucov bir pillə irəliləyərək reytinq cədvəlində 1-ci olub. Yarışın gümüş meda­lına sahib olan İrina Kindzerska (+78 kq) isə beşinci yerdən dördüncü pilləyə yüksəlib. Avropa çempionatının üçüncüsü Məmmədəli Mehdiyevin (90 kq) mövqeyi dəyişməz qalıb – 5-ci yer. Praqada yeddinci olan Elmar Qasımov (100 kq) da əvvəlki mövqeyində qalıb – 10-cu yer.

Qeyd edək ki, digər cüdoçularımızdan Avropa çempionatının qızıl medalına layiq görülən Orxan Səfərovu (66 kq) xüsusi qeyd etmək lazımdır. O, 6 pillə irəliləyib və 16-cı yerdə qərarlaşıb. Hidayət Heydərov (73 kq) 11-ci, bir pillə geriləyən Zelim Kotso­yev (100 kq) 13-cü, iki pillə geriləyən Uşanqi Kokauri (+100 kq) 19-cudur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

25 Noyabr 2020 03:17 - İDMAN
İDMAN
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib
14 Yanvar 2021 | 00:00
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə